"Tata" elektrik kupe-krossoverinin carçısını nümayiş etdirib - VİDEO
Hindistanın Tata şirkəti özünün model xəttini kupeşəkilli krossover ilə genişləndirmək niyyətindədir və hindistanlılar artıq bu istiqamətdə hərəkət etməyə başlayıblar. Bu sahədə görülən işlərin ilkin nəticəsi dünən keçirilmiş xüsusi tədbirdə nümayiş etdirilib. Bu, eyni zamanda, Digital adlandırılmış yeni firma dizayn üslubunu nümayiş etdirən Tata Curvv konsept avtomobilidir.
Ölçülərinə görə, Tata Curvv konsepti 4,6 metr uzunluğu olan Tata Harrier modeli ilə müqayisə edilə bilər. Güzgüləri əvəzləmiş kameralar, qapı tutacaqlarının olmaması və beşinci qapıdakı ikihissəli spoyler konsept atributlarıdır. Ümumilikdə kuzovun nisbətləri və plastikası ciddi dəyişikliklər olmadan seriya avtomobilinə keçməlidir.
Ön paneldə iki planşeti, ikiqollu sükan çarxı və klimat-kontrolun sensorlu bloku olan salon arxitekturası da yerini qorumalıdır. İkinci cərgədəki fərdi oturacaqların bütöv divan ilə əvəzlənəcəyindən şübhə etməmək olar. Rəvan döşəmə də çətin ki, seriya avtomobilinə qismət olsun.
Kupe-krossun əsas versiyası Tata şirkətinin ikinci nəsil elektrik platformasına əsaslanan elektrik versiyası olacaqdır. Onun şassisi Tata markasının benzin və dizel avtomobilləri ilə unifikasiya ediləcək və ilk elektrik platformasından (Tata Nexon EV krossoverinin inşa edildiyi) əsas fərqləri daha böyük dartma batareyası və tam ötürməli modifikasiyaları yaratmaq üçün ikinci elektrik mühərrikinin (arxa oxda) quraşdırılması imkanı olacaqdır. Dolu batareya ilə gözlənilən yürüş ehtiyatı 400 ilə 500 kilometr arasındadır.
Kupeşəkilli krossoverin elektrik versiyasının ardınca, daxili yanma mühərrikləri ilə təchiz edilmiş modifikasiyaları işıq üzü görəcəkdir. Bununla belə, hibridlər dəqiq olmayacaqdır: Tata onların inkişafına investisiya qoymaq niyyətində deyil. Tata Curvv təxminən iki ildən sonra seriyaya getməlidir.
Yeri gəlmişkən, şirkət artıq benzin və dizellə işləyən avtomobillər ilə bağlılığı olmayan üçüncü nəsil elektrik platforması üzərində işləməyə başlayıb. Bu platformaya əsaslanan ilk model, 2020-ci ildə konsept avtomobil kimi nümayiş etdirilmiş Tata Sierra krossoveri olacaqdır. Ancaq belə elektrik avtomobilini ən azı üç il gözləmək gərəkdir.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










