"Tesla" 600 minədək avtomobilini geri çağırır

"Tesla" şirkəti, son beş ayda səkkizinci dəfə sürücülərin və sərnişinlərin təhlükəsizliyini sual altına qoyan problemlərə görə 600 minədək avtomobilini bazardan geri çağırır.
Avtosfer.az xəbər verir ki, 2020-2022 Y, X və S Model, eləcə də 2017-2022 Model 3 markalı 595 minə yaxın avtomobil sürücülərə hərəkət edərkən səs siqnalı çıxarmaq üçün nəzərdə tutulan "Boombox" funksiyasına görə geri çağırır.
Daha əvvəl ABŞ-ın Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) elektriklə işləyən avtomobillərin səssiz olmalarını, o cümlədən piyadaların təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək, bu növ avtomobillərdə əlavə səsli siqnallar üçün müvafiq avadanlığın quraşdırılmasını şərt kimi irəli sürmüşdür.
Bu avadanlıq "Tesla" avtomobillərində "Boombox" adlanır. Geri çağırılan avtomobillərdə bu sistem standart səs siqnallarından əlavə istifadəçilərin seçdiyi siqnallarla əvəz oluna bilər.
NHTSA belə qənaətə gəlib ki, "Boombox"-un bu xüsusiyyəti təyin olunmuş təhlükəsizlik qaydalarına uyğun gəlmir.
"Unikal"
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












