Tesla şirkəti, Cybertruck-ın istehsalını 2023-cü ilə təxirə saldı

"Tesla" şirkəti haqqında çox danışılan elektrikli pikap avtomobili "Cybertruck"ın istehsal tarixini 2023-cü ilin birinci rübünə keçirmək qərarına gəlib.
Marja "Reuters"ə istinadən xəbər verir ki, mövzuya yaxın mənbəylərin verdiyi xəbərə görə, bu ilin sonunda başlaması gözlənilən istehsal, avtomobilin bəzi xüsusiyyətlərinin dəyişdirilməsilə əlaəqdar olaraq təxirə salınıb.
Dekabr ayında "Tesla"nın Baş direktoru Elon Musk, Twitter-də bu avtomobil ilə bağlı verilən suallara cavablarından birində, ilk istehsal edilən "Cybertruck" modelinin dörd mühərrikli olacağını və nəqliyyat vasitəsinin "bir xərçəng kimi" hərəkət etməsi üçün ön və arxa təkərlər üçün fərqli sükan xüsusiyyətlərinə malik olacağını bildirmişdi.
"Cybertruck" satışa çıxdığı zamanı "Ford Motor Co"nun elektrikli "F-150 Lightning" və "General Motors Co"nun yayda təqdim olunacaq "Silverado" kimi güclü rəqibləri ilə rəqabət aparmalı olacaq.
Elon Musk 2019-cu ilin noyabrında "Cybertruck"ı təqdim edəndə "Twitter"də mənfi xəbər fırtınasına səbəb oldu. "Tesla"nın dizayn şefi zirehli şüşənin qoruyucu imkanlarını nümayiş etdirmək üçün avtomobilin şüşəsinə metal top atmışdı. Lakin işlər nəzərdə tutulduğu kimi getməmiş və şüşə sınmışdı.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












