Reklam

“Tesla”nın Şanxaydakı zavodu bir elektromobili 34 saniyəyə istehsal edir – VIDEO

Avtodünya 19 Yanvar 2022 16:18 Oxunub 718
“Tesla”nın Şanxaydakı zavodu bir elektromobili 34 saniyəyə istehsal edir – VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Tesla”nın Şanxaydakı zavodu dünyanın ən səmərəli avtomobil zavodu sayıla bilər. O, həftənin yeddi günü gecə-gündüz işləyir və bir elektromobili cəmi 34 saniyəyə yığır.

Avtosfer.az xəbər verir ki, bu faktın sübutu kimi şirkət təxminən 34 saniyəyə tam yığılan 18 “Tesla Model Y” elektrikli krossoverinin istehsal prosesini göstərən 10 dəqiqəlik videoçarx buraxıb. Digər videoda “Tesla” yeni “Model 3” sedanının yığılmasını göstərib – onların istehsal müddəti təxminən 55 saniyə təşkil edib. Mütəxəssislərin fikrincə, bu templə Şanxay zavodunda ildə təxminən 1.5 milyon elektromobil istehsal oluna bilər.

Xatırladaq ki, 2021-ci ildə “Tesla”nın Çin zavodu 480 min elektromobil istehsal edib. Müvafiq olaraq, bütün dünya üzrə tədarük olunan avtomobillərin 935 mini məhz onun payına düşüb.

Banker.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh