"Toyota GT3" kateqoriyası üçün hazırladığı yeni yarış avtomobilini nümayiş etdirib
Bu gün Gazoo Racing bölməsi Toyota şirkətinin idman proqramını fəal şəkildə dəstəkləyir və şəxsi komandalara iki avtomobili təklif edir: GR Supra GT4 və Lexus RC F GT3. Sonuncu 2017-ci ildən amerikan IMSA Weather Tech SportsCar, yapon Super GT və Super Yaikyu, habelə Asiyada Thailand Super Series çempionatlarında iştirak edir. Bu isə artıq onun dəyişdirilməsinin labüd olduğuna işarə edir və böyük ehtimalla, bu vəzifə Tokyo avtosalonunda debüt etmiş GT GT3 sportkarına həvalə olunacaqdır.
Doğrudur, GR GT3 hələlik konsept statusundadır və onun xarakteristikaları açıqlanmayıb. Gazoo Racing bölməsinin dərc etdiyi mətbuat açıqlamasında yarış avtomobilinin sıfırdan yaradılacağı bildirilib - yəni, bölmə seriya modellərinin yarış avtomobilinə çevirdilməsi praktikasına son verir. Bundan başqa, şirkət idman müştəri proqramını genişləndirməyi, toplanmış təcrübə və bilikləri GT3 kateqoriyasından olan bolidlərin və yol avtomobillərinin inşa edilməsinə yönəltməyi nəzərdə tutur.
Gazoo Racing bölməsinin prezidenti Kodzi Sato GR GT3 modelinin ilk prototipinin 2022-ci ilin sonuna qədər hazır olacağını bildirib. Bu halda yarış avtomobilinin satışlarının 2024-cü ilə yaxın başlanacağını gözləmək olar, çünki GR GT3 sportkarı həmin il FIA WEC çempionatının GT3 kateqoriyasında debüt etməlidir. Bu kateqoriya iki sinifi - GTE Pro və GTE Am kateqoriyalarını əvəzləyəcək və daha çox çəxsi komandaları cəlb edəcəkdir. Lakin zavod komandaları bu kateqoriyada rəsmi olaraq iştirak edə bilməyəcəklər.
Artıq qeyd etdiyimiz kimi, GR GT3 modeli barədə təfərrüatlar açıqlanmayıb. Müqayisə üçün, Lexus RC F GT3 500 at qüvvəli 5,4-litrlik V8 mühərriki və 6-pilləli sekvental ötürmələr qutusu ilə təchiz olunurdu. Kuzov panellərinin bir hissəsinin və salondakı elementlərin karbonplastikdən hazırlandığını nəzərə alsaq, yaarış avtomobilinin çəkisi cəmi 1300 kiloqram təşkil edir. Xatırladaq ki, adi kupenin çəkisi 1700 kiloqramdır.
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










