Unikal "Lada Niva" modeli satışa çıxarılıb
Rusiyada Lada Niva modelinin nadir tapılan versiyasını satışa çıxarıblar. 2017-ci ildə buraxılmış avtomobil pərəstiş obyektinə çevrilmiş rus ofrouderinin 40-illik yubileyinə həsr edilmiş yubiley partiyasındandır. Lada Niva 40th Anniversary modeli bu müddət ərzində demək olar ki, qarajı tərk etməyib. Satışa çıxarılan avtomobil nəinki məhdud saylı seriyaya aiddir, o həmçinin yubiley partiyasının son buraxılan avtomobilidir.
Qlobal olaraq yubiley modeli adi Niva ofrouderindən heç nə ilə fərqlənmir. Lada Niva 40th Anniversary modeli kuzov rənginə boyanmış bamperlərə, özünəməxsus təkər disklərinə, ekoloji dəri ilə üzlənmiş sükan və oturacaqlara, kandarlara vurulmuş paslanmayan poladdan lövhələrə və 40th Anniversary emblemlərinə malikdir. Bütün avtomobillərin əlcək qutusunun qapağına onun seriyadakı sıra nömrəsi vurulub – cəmi 1977 ədəd avtomobil buraxılıb ki, bu da Niva modelinin istehsalının başlandığı ilə işarə edir. Emblemdən göründüyü kimi, satışa çıxarılan avtomobil yubiley partiyası çərçivəsində buraxılmış son avtomobildir.
Yubiley modeli adi ofrouderlər kimi 83 at qüvvəli 1,7-litrlik mühərrik və 5-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilib. Avtomobilin dörd il ərzində cəmi 17 kilometr məsafə qət etdiyi bildirilir. Unikal Niva ofrouderi öz sahibinə yenisindən üç dəfə baha başa gələcəkdir. Avtomobil üçün 2,5 milyon rubl (57,8 min manat) istənilir, halbuki yeni Lada Niva Legend modelini 675,9 min rubldan (15,6 min manat) başlayan qiymətlərlə əldə etmək olar.
Cari ilin noyabr ayının sonunda Niva modeli özünün 45-illik yubileyini qeyd edib. Bu əlamətdar hadisənin şərəfinə AvtoVAZ şirkəti avtomobilin adının peyda olması üzərindəki sirr pərdəsini götürüb: ilkin olaraq, bu adın avtomobilin konstruktorklarının övladlarının şərəfinə adlandırıldığı barədə əfsanələr dolaşsa da, əslində hər şey çox bayağı olub - sən demə, modelin yaradıcıları Niva adının daha lakonik və yadda qalan olduğunu, habelə yaxşı səsləndiyini hesab ediblər.
autograph
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










