"Volkswagen" yeni "Amarok" modelinin növbəti tizerlərini dərc edib
Volkswagen Amarok modelinin ikinci nəslinə həsr edilmiş tizer kampaniyasına keçən ilin yazında start verilib. Yeni pikapın Ford Ranger modeli ilə eyni platformada inşa ediləcəyi 2018-ci ildə məlum idi. Amerikalılar Ranger pikapının yeni nəsli üzərindəki sirr pərdəsini götürdükdən sonra, almanlar da öz pikapları barədə bəzi təfərrüatları açıqlamaq qərarına gəliblər.
Volkswagen Commercial Vehicles bölməsi yeni Amarok modelinin sadəcə Ranger pikapının surəti olacağını təsdiq edəb bir cüt yeni tizeri dərc edib. Hər iki pikapın ümumi kuzov panelləri olacaqdır, lakin alman pikapının ən azından kapotu, ön qanadları, radiator barmaqlığı və fənərləri özünəməxsus görünürlər. Alman markasının yeni modellərində olduğu kimi, pikapın da ön paneli boyu LED zolaq uzanır.
Şəkillərdəki iri təkər tağları olan Amarok modeli, Wildtrak versiyasında olan Ranger modelindən belə brutal görünür. Bunun dizayner fəndi olduğu və yaxud gələcəkdə belə bir xüsusi versiyanın buraxılacağı barədə hələlik heç bir məlumat yoxdur. Çox güman ki, tizerləri yayan alman istehsalçısı “özünün DNT-sini qoruyub saxladığını” demək istəyir. Bununla belə, Volkswagen təfərrüatlarla bölüşmək istəmir - məlum məsələdir ki, pikapın tamölçülü təqdimatı gələn ilə planlaşdırılıb.
Bununla belə, bizə ilk dəfə yeni pikapın salonuna baxmaq imkanı veriblər. İnteryer tamamilə Ford pikapından götürülmüş kimi görünmür, lakin ümumi cəhətlər də vardır: məsələn, multimedia sisteminin taçskrininin şaquli istiqamətləndirilməsi. Amarok rəqəmsal cihazlar panelinə və transmissiyanın yeni selektoruna sahib olacaq, habelə bütövlükdə sələfindən ciddi şəkildə fərqlənəcəkdir. Bunlara müasir elektron yardımçıları və onlayn xidmətlərin dəstəklənməsini də şamil etmək olar.
Çox güman ki,amerikan və alman pikaplarının mühərrik çeşidində də üst-üstə düşən detallar olacaqdır. Bildiyimiz kimi, Ranger modeli üçün dörd və altı silindrləri olan dörd dizel mühərriki və bir 2,3-litrlik dördsilindrli benzin turbomühərriki bəyan edilib. Bundan başqa, Ford artıq bizə “bərkgedən” Ranger Raptor modelinin səsini dinləmək imkanı da verib: Raptor indeksli pikapın iki turbokompressorlu V6 mühərriki ilə hərəkətə gələcəyi gözlənilir. “Bərkgedən” Amarok R modelinin olub-olmayacağı isə hələlik sual altındadır.
Volkswagen Amarok modelinin istehsalını Argentina və Cənubi Afrika Respublikasında yerləşdirəcəklər. Avropa bazarında Amarok modeli gələn ilin sonunda debüt etməlidir. Bu avtomobillər ixracat modelləri olacaqdırlar, çünki Hannoverdəki zavodu elektromobillərin istehsalına yönləndiriblər. Burada alman istehsalçısının böyük ümidlər bəslədiyi ID.Buzz veni buraxılacaqdır.