"Volvo" şirkəti sedan və universallardan imtina etməyəcək

Krossover və ofrouderlərə olan yüksək tələbata baxmayaraq, Volvo şirkəti sedan və universalları buraxmaqdan imtina etmək fikrində deyil. Bunu Volvo şirkətinin başçısı Hokan Samuelsson söyləyib. Ən azından İsveç markası minik avtomobillərindən tamamilə imtina etmək niyyətində deyil, lakin onların çeşidi ciddi şəkildə ixtisara salına bilər. 2021-ci ilin nəticələrinə görə, Volvo şirkəti 525 min ədəddən çox krossover, cəmi 174 min ədəd isə sedan və universal satıb.
Volvo model xəttini elektrikləşdirməyə davam edəcəkdir - S60/V60 və S90/V90 modellərinin gələcək varislərini elektrik ötürməsinə keçiriləcəkdirlər. Samuelssonun bildirdiyinə görə, İsveç markasının sedan və universalları “indikindən daha alçaq və daha axıntılı” olacaqdır ki, bu da avtomobillərin aerodinamikasını yaxşılaşdırmağa kömək edəcəkdir. Məlum məsələdir ki, aerodinamik göstəricilər elektromobillər üçün çox vacibdir.
Bundan başqa, markanın planlarında indekslərdən tam ölçülü adların xeyrinə imtina etmək var. Məsələn, tamamilə elektrik ötürməsi ilə hərəkətə gələcək növbəti nəsil XC90 krossoveri skandinav mifologiyasından götürülmüş Embla adını ala bilər. Elektrikləşdirməyə gəldikdə isə, 2022-ci ildə dünya üzrə 150 mindən çox elektromobil satmağı planlaşdırır. Qeyd etmək gərəkdir ki, bu İsveç markası 25,7 min elektrokar satıb. 2025-ci ildə isə, satışların 50 faizini elektrokarlar təşkil etməlidir.
autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












