"Wiesmann" şirkəti ilk elektrokarını nümayiş etdirib
Wiesmann yeni idman avtomobilini nümayiş etdirib. Bu, ikimühərrikli elektrik güc qurğusu ilə təchiz edilmiş Project Thunderball elektrik rodsteridir.
Wiesmann Project Thunderball rodsterinin əsasında alüminium məkanvari çərçivə dayanır. Xarici panellər polad, alüminium və karbon lifindən hazırlanır. Sportkar brendin bütün modellərinə xas olan retro üslubunu qoruyub saxlasa da, texniki baxımdan o, artıq zamanla ayaqlaşır. Şirkət BMW mühərriklərindən imtina edib. Rodster tamamilə elektrik ötüməsi ilə hərəkətə gəlir və onun hər iki elektrik mühərriki arxa oxda quraşdırılıb.
Güc qurğusunun hasilatı heyranedici 680 at qüvvəsi və 1100 Nm fırlanma anı təşkil edir (Koenigsegg tərəfindən hazırlanmış Terrier elektrik aqreqatında olduğu ilə eynidir, lakin Wiesmann şirkətinin komponent təchizatçısı Roding Automobile firmasıdır). Hətta BMW X5 M (E70) modelindən götürülmüş 4,4-litrlik səkkizsilindrli biturbo mühərriki olan Wiesmann GT MF5 belə güclə öyünə bilməzdi.
Project Thunderball 100 km/saat həddini 2,9 saniyəyə, 200 km/saat həddini isə 8,9 saniyəyə toplayır. 92 kilovat-saatlıq (83 kilovat-saat əlçatandır) batareya su-qlikol qarışığı ilə soyudulur, 800 volt gərginliklə işləyir və 300 kilovatlıq yükləməni dəstəkləyir. Gözlənilən güc ehtiyatı 500 kilometrdən çoxdur.
Bütün bunlarla yanaşı, rodster tənzimlənən asqı və kpndələn dayanıqlılıq stabilizaatorları, habelə yüksək sürtünməli differensial ilə təchiz edilir. Əyləc disklərinin diametri 380 millimetrdir, öndə altıporşenli, arxada isə dördporşenli supportlar quraşdırılıb.
Disklər 265/30 ZR 21 və 305/25 ZR 21 ölçülərində Michelin Pilot Sport 4S şinləri ilə təchiz ediliblər. İnteryer tərtibatında karbonplastikdən, əllə qəliblənmiş ağac şponundan və müxtəlif metallardan istifadə edilir.
Nəhayət, xüsusi olaraq Project Thunderball üçün ağıllı regenerativ əyləc sistemi yaradılıb. Mühərriklə əyləcləməni təqlid etmək, batareyanın doldurulmasını və minimum enerji itkisini təmin etmək üçün sükanaltı ləçəklər vasitəsi ilə dəyişdirilən beş regenerasiya səviyyəsi nəzərdə tutulub.
Rodsterlərin Almaniyanın Dülmen şəhərindəki Wiesmann zavodunda yığılacağı məlum olsa da, modelin tirajı və dəyəri ilə bağlı məlumatlar hələ də gizli saxlanılır. Elektromobilin təxmini qiyməti 300 min avro olacağı gözlənilir.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










