Reklam

Yaponiyada ilin ən yaxşı avtomobilini seçiblər

Avtodünya 14 Dekabr 2021 16:44 Oxunub 584
Yaponiyada ilin ən yaxşı avtomobilini seçiblər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nissan beşinci dəfə Yaponiyada “İlin avtomobili” mükafatını qazanıb. Bu mükafat e-Power hibrid güc aqreqatı ilə təchiz edilmiş üçüncü nəsil Nissan Note hetçbekinə verilib. Titul uğrunda, Toyota Land Cruiser 300 və hətta Chevrolet Corvette də daxil olmaqla, on finalçı mübarizə aparıb.

Lakin avtomobilləri Tokyo yaxınlığındakı Sodegaura Forest Raceway trekində sınaqdan keçirən münsiflər heyətinin 60 üzvü ən yüksək 335 xalı Note hetçbekinə verib. Nissan Note özünün ən yaxın rəqibi olan Toyota GR86/Subaru BRZ duetini 71 xal üstələyib.

Hazırda Yaponiya bazarında alıcılara üçüncü nəsil Nissan Note modelinin beş variantı təklif edilir. Bu, adi hetçbek, lüks Note Autech, artırılmış klirensi olan Autech Crossover, habelə müstəqil model kimi satılan və Nismo idman versiyasına malik olan Note Aura modelidir.

Bu versiyaların hamısı ardııcıl e-Power hibrid güc aqreqatı, habelə ön və tam ötürmə ilə təchiz edilirlər. Sonuncu halda arxa oxu ayrıca elektrik mühərriki hərəkətə gətirir. Qeyd etmək gərəkdir ki, məhz e-Power sayəsində Note hetçbeki ilin avtomobili seçilib, lakin münsiflər heyəti də onun idarə olunmasını və rəqabətcil qiymətini yüksək qiymətləndirib.

Müsabiqədə qələbə uğrunda on finalçı mübarizə aparıb. Tokyo yaxınlığındakı Sodegaura Forest Raceway trekində keçirilən sınaqlardan sonra Nissan 335 xal toplayıb, onun ən yaxın rəqibi olan Toyota GR86/Subaru BRZ dueti isə cəmi 264 xalla kifayətlənməli olub. Honda HR-V (227 xal) üçüncü, Mitsubishi Outlander PHEV (206 xal) tutub.

Münsiflər heyəti beşinci yeri “səkkizinci” Volkswagen Golf (168) modelinə verib, altıncı yer isə Toyota Mirai (104 xal) hidrogen sedanına qismət olub. Ortamühərrikli Chevrolet Corvette  yalnız 81 xal toplayıb və yeddinci yerə layiq görülərək, Mercedes-Benz C-Class (51 xal), Toyota Land Cruiser 300 (45 xal) və BMW 4 Series (19 xal) modellərini qabaqlayıb.

Yaponiyada ilin ən yaxşı idxal avtomobili Golf modeli olub. BMW 4 Series isə ən yaxşı dizayn mükafatını alıb. 2021-2022-ci illərin idman avtomobili Corvette modeli olub, Outlander PHEV isə “İlin Texnologiyası” mükafatına layiq görülüb. Doğan Günəş ölkəsinin ən yaxşı key-kar isə, Honda N-One modeli seçilib.

Qeyd etmək gərəkdir ki, keçən il xüsusi mükafatlar Mazda MX-30 (dizayn), Audi e-tron Sportback (texnologiya), Alpina B3 (idman avtomobili) və Nissan Roox/ Mitsubishi eK X Space/ eK Space (key-kar) modellərinə verilmişdi. Əsas nominasiyada qalibiyyəti ikinci nəsil Subaru Levorg universalı qazanmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh