Yeni "Chrysler" konsepti seriyaya yaxın görünür

Bu ilin yayında Stellantis konserni tərkibinə daxil olan bütün markaların elektrikləşdirilməsinə həsr olunmuş EV Day tədbirini keçirmişdi. Bu tədbirdə iştirakçılara Chrysler emblemini daşıyan bir yeniliyi nümayiş etdirmişdilər. Dizayn cəhətdən, İstehsal elektronikası sərgisində (CES) nümayiş etdirilmiş Airflow Vision konseptini xatırladan avtomobili markanın şef-dizayneri Ralf Jil təqdim etmişdi. Lakin o zaman bu avtomobil barədə heç bir məlumat verilməmişdi.
İndi isə, Stellantis daha bir tədbiri - Software Day tədbirini həyata keçirib. Bir neçə gün bundan öncə dərc etdiyimiz xəbərdə artıq bu tədbir barədə geniş məlumat vermişik. Xatırladaq ki, proqramlaşdırma strategiyasına əsasən, konsern rəqəmsallaşdırma və “tələb üzrə opsiyalar” vasitəsi ilə bu onilliyin sonuna qədər 20 milyard avro qazanc əldə etməyi planlaşdırır. Bununla yanaşı, tədbirdə “Kraysler” haqqında bəzi məlumatlar da səsləndirilib. Avtomobil həqiqətən Airflow adlanır və proqram təminatı üzrə direktor İv Bonnefontun dediyi kimi, “o sadəcə konsept avtomobili deyil, daha böyük şeydir”.
Dərc edilmiş videoçarxda Stellantis konserninin rəhbəri Karlos Tavaresin iştirak etdyi Software Day tədbirindən bir fraqment göstərilir. Bu çarxda Chrysler AirFlow konsept də nümayiş etdirilib. Çox güman ki, konsept, ilkin xarakteristikaları iyul ayında keçirilmş EV Day tədbirində açıqlanan STLA platformalarının birinə əsaslanır. Əgər belə “Kraysler” konveyerə gedərsə, onun rəqiblərindən biri, misal üçün, Tesla Model Y ola bilər.
Bununla belə, çoxdan yenilənməyə və model cərgəsinin genşlənməyə ehtiyac duyan Chysle markasının təfərrüatlı inkişaf strategiyası bu günə qədər dərc edilməyib. Xatırlatmaq istərdik ki, bu markanın aktivində Nuh əyyamından qalma 300 sedanı və Pacifica miniveni var.
autograph
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










