Yeni "Jetour Dasheng" modeli üç versiyada təklif ediləcək

Jetour brendi Chery tərəfindən 2018-ci ildə xüsusi olaraq gənc və nisbətən yoxsul auditoriya üçün yaradılmışdır. İndiyədək çeşiddə çoxlu sayda variantı olan cəmi iki model var idi. Keçən il debüt edən Jetour X konsepti isə, üçüncü modelin gəlişindən xəbər verirdi. Nəticədə konseptin seriya variantı Jetour Dasheng adı altında işıq üzü görüb. Üstəlik, onun yaradılmasında Huawei şirkətinin də əli var.
Bir sıra elementlərin yenidən işlənməsinə baxmayaraq, seriya Dasheng krossoveri konsept avtomobilinin dizaynını və nisbətlərini saxlayıb. Ölçü baxımından, yeni model Toyota RAV4 krossoverinin sinif yoldaşıdır: onun uzunluğu - 4590 millimetr, eni - 1900 millimetr, hündürlüyü - 1685 millimetr, təkər bazasının genişliyi isə, 2720 millimetdir. Çərçivəsiz radiator barmaqlığı, “batırılmış” qapı tutacaqları və 20-düymlük təkər diskləri gəncləri cəlb etməlidir.
Krossoverin salonu da qabaqcıl lekallara uyğun olaraq yaradılıb. Avtomobilin bütün elektronikasına Huawei şirkəti cavabdehdir. Yeni krossover 15,6-düymlük çərçivəsiz ekrana, geniş onlayn imkanlara və səslə idarəetməyə malik olan media sistemi ilə təchiz edilir. Sürücünün qarşısında, sükan qolunda yerləşən cihazlar panelinin sadə səkkiz düymlük displeyi var. Bundan əlavə, artırılmış reallığa malik olan proyeksiya displeyi standart təchizata daxildir.
İqlimə nəzarət maraqlı şəkildə həyata keçirilir: temperaturu və ventilyatorun sürətini tənzimləmək üçün ön qapılarda miniatür sensorlu ekranlar quraşdırılıb. Bundan başqa, mediasistemin menyusunda daha incə tənzimləmələr gizlədilib. Sükan qızdırılır və Sport rejimini aktivləşdirən iri düyməyə malikdir. Avtomatik tranmissiyanın idarə olunmasına sağ tərəfdəki sükanaltı dəstək cavabdehdir. Ön sərnişin oturacağının qatlanan ayaq dayağı, 256 rəngli kontur işıqlandırması da mövcuddur. NFC protokolundan istifadə edərək, qadcetlərin köməyi ilə, qapıların kilidlərini açmaq olar.
Texniki cəhətdən Jetour Dasheng müasir Chery krossoverləri ilə unifikasiya edilib, seçim etmək üçün isə, üç modifikasiya təklif olunur. Baza variantı 1,5 TCI turbomühərrikinə (156 at qüvvəsi, 230 Nm) malikdir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu və ya iki muftalı “robot” ilə tandemdə çalışır. Bir pillə yuxarıda 1,6 TGDI “turbodördlüyü” (197 at qüvvəsi, 290 Nm) və yeddi pilləli preselektiv “robot” ilə təchiz edilmiş versiya qərarlaşıb. Ötürmə yalnız ön oxadır.
Modifikasiya çeşidinin zirvəsində isə, Chery şirkətinin Kunpeng DHT hibrid güc qurğusu ilə hərəkətə gələn tamötürməli hibrid qərarlaşıb. Qurğunun tərkibinə 1,5-litrlik turbomühərrik, iki elektrik mühərriki (hər oxda biri) və elektromexaniki transmissiya daxildir. Hibrid qurğunun ümumi hasilatı 326 at qüvvəsi və 565 Nm fırlanma anıdır. Hibrid krossover sırf elektrik rejimində 100 kilometrə qədər məsafə qət edə bilər. Yeri gəlmişkən, Jetour Dasheng öncə adaptiv kruiz-kontrola sahib olacaq, daha sonra isə, Huawei şirkətinin hazırladığı ən qabaqcıl avtopilotu alacaqdır.
Jetour Dasheng modelinin Çin bazarındakı satışlarına bu ilin üçüncü rübündə başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin Jetour brendinin fəlsəfəsinə əsasən, bu markanın avtomobillərinin qiyməti, Chery modellərindəkindən bir qədər aşağı olmalıdır.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










