Yeni "Land Rover Defender" modelini unikal və bahalı kabrioletə çevirəcəklər
Niderlandda fəaliyyət göstərən Heritage Customs atelyesi arxitektura və tüninqin qovuşmasında (cararchitecture) işləyir, buna görə də, atelyenin bütün layihələri fərdi yanaşma və estetikaya meyillik ilə seçilirlər. Sonuncu nümunə - yeni Land Rover Defender ofrouderinin bazasında inşa edilmiş beş kabrioletdən ibarət olan Valiance Convertible seriyasıdır.
Xüsusi seriyadan olan kabrioletlər yumşaq qatlanan damı, kuzovun xüsusi boyanmasını, Magic Metal dekor elementlərini alacaq və diqqətlə düşünülmüş üç tərtibat mövzusunda təqdim ediləcəklər. Kabrioletlərin qiyməti də səsləndirilib – 138.500 avro.
Xüsusi seriyadan olan hər bir kabrilet “qısa” Land Rover Defender 90 ofrouderinin bazasında inşa ediləcəkdir. Tərtibat mövzusu, artıq yuxarıda qeyd etdiyimiz kimi, üç mövzudan ibarətdir: Côte d’Azure, Solihull Sand və Kokkini Paralia.
Misal üçün, Côte d’Azure tərtibatı, adından da göründüyü kimi, Azur sahilinin – San Trope, Kann və Monako çimərliklərinin atmosferini əks etdirir. Ofrouderin əsas atributları kuzovun xüsusi göy rəngindən, konyak rəngli yumşaq damdan, ağ haşiyəli şinləri olan 22-düymlük disklərdən, bamperlərdəki qara rəngli örtmələrdən, idman oturacaqlarından və Magic Metal (Heritage Customs tərəfindən işlənmiş nazik metal qatının səpələnməsi texnologiyası) mis dekorundan ibarətdir.
Solihull Sand versiyası 1948-ci ildə Solihalldakı zavodun konveyerindən çıxmış HUE I66 nömrəsi olan seriyaöncəsi Land Rover modelinə göstərilən ehtiramı nümayiş etdirir. Bu Defender yaşıl rəngə boyanıb, onun salonu isə Nyu Yorkdakı Spinneybeck şirkətinin (dizayner və arxitektorlara məhsul tədarük edir) istehsalı olan dəri ilə üzlənib.
Rock Dust vintaj təkər disklərinin ölçüsü 20-düymdür. Salonu Magic Metal “latunlanmış mis” dekor elementləri bəzəyir, kuzov üçün isə “qrafit” staylinq-dəsti seçilib.
Nəhayət, Kokkini Paralia versiyası yunan Santorini adasında olan vulkanik qırmızı çimərliyə itihaf olunub. Təəccüblü deyil ki, eyni adlı kabriolet qrafit və “polad” Magic Metal örtmələri ilə uyğunlaşdırılmış qırmızı rəngə boyanıb, qara rəngli yumşaq dama və 22-düymlük Supersonic disklərinə malikdir.
autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












