Yeni "Pagani" superkarının debüt tarixi məlum olub

TheSupercarBlog nəşri öz kanalları vasitəsilə yeni Pagani modelinin təqdimatının sentyabrın 12-də Milanda Leonardo da Vinçi Milli Elm və Texnologiya Muzeyində keçiriləcəyini öyrənib. İctimaiyyətə yeni dizaynı və Mercedes-AMG mühərriki olan C10 berlinettasını nümayiş etdiriləcəkdır. Huayra modelindən sonrakı üçüncü superkar daha yüngül olacaq və həm də yeni opsiyaları əldə edəcəkdir.
Yeni Pagani superkarı haqqında məlumat çox azdır. Superkarın zavoddaxili kodu C10-dur. Avtomobilin dizaynı daha çox təkamül xarakteri daşıyır və Huayra modelinin dizayn üslubuna əsaslanır. Mühərrik - yeni 6,0-litrlik V12 Mercedes-AMG biturbo mühərrikdir və preselektiv “robot” və ya opsional mexaniki transmissiya ilə təchiz edilir. Hasilat baxımından berlinetta infernal Huayra R (850 at qüvvəsi) ilə müqayisə edilə bilər.
Daha əvvəl dərc olunmuş şəkildə superkar dolğun Huayra modelinə bənzəyir, lakin onda Pagani hiperkarını da tanımaq çətin deyil. Ön hissə, fənərlər və arxa tərəf fərqli şəkildə tərtib edilib, lakin varislik də var. Kabinin fənəri bir az daha həcmli olub və ən nəzərə çarpan yenilik Bugatti Chiron modelinin Sky View panelləri üslubunda panoram damdır.
C10-dan başqa, Pagani ilin sonuna qədər ən yeni Zonda 760 Series superkarını nümayiş etdirəcəkdir. Barkettanın əsası kimi istehsal edilmiş 140 Zonda modelindən birinin şassisi götürüləcək, iki qapılı modelin spesifikasiya ilk dəfə emalların, materialların seçilməsi və eksklüziv avtomobillərin dizaynın vizuallaşdırılması üzrə ixtisaslaşmış LMM Design şirkəti tərəfindən hazırlanacaqdır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












