“Yolların şahı” geri qayıdır

Avtodünya 17 Dekabr 2021 16:49 Oxunub 794
“Yolların şahı” geri qayıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Shelby American şirkəti özünün ən məşhur modellərindən birinin - Ford Shelby Mustang GT500KR modelinin qayıtdığını elan edib. “Yollar şahının” tirajı 225 nüsxədən ibarət olacaqdır - 180 avtomobil ABŞ, qalan 45 avtomobil isə digər ölkələr üçün nəzərdə tutulub.

Maslkar 913 at qüvvəli mühərrikə, yeni təkərlər dəstinə, yenidən tənizmlənmiş MagneRide asqısına və karbon lifi ilə möhkəmləndirilmiş plastikdən hazırlanmış kuzov panellərinə sahib olub. “Adi” Mustang Shelby GT500 modelinin GT500KR versiyasına çevrilməsi üçün 54.995 dollar tələb olunur. Hazır avtomobilin qiyməti 127.895 dollar təyin edilib.

KR və ya King of the Road indeksi Ford Mustang GT500 modelinə iki dəfə qismət olub. İlk belə avtomobil 1968-ci ildə peyda olub. Belə fastbək və kabrioletlər 406 at qüvvəsi və 480 NM fırlanma anı hasil edən 7,0-litrlik səkkizsilindrli Cobra Jet mühərriki, yenidən tənzimlənmiş asqı, stabilizator, şüşəplastikdən kapot, ön və arxa tərəfin dəyişdirilmiş dizaynı ilə fərqlənirdilər. Maslkar 100 km/saat həddinə 5,8 saniyəyə sürətlənirdi.

Növbəti “Yolların şahı”, Shelby Mustang GT500KR modelinin ilk nəslinin 40-illik yubileyinin qeyd edildiyi 2008-ci ildə buraxılmışdı. İkinci nəsil Shelby Mustang GT500KR modelinin 5,4-litrlik kompressorlu V8 Modular mühərriki 547 at qüvvəsi və 691 Nm fırlanma anı hasil edirdi. Modeli funksional hava girişi olan kapotu və karbonplastikdən hazırlanmış splitteri sayəsində tanımaq olardı. Maslkar yarış asqısının komponentlərini, soyuq girişi, əyləclərin soyudulması üçün hava yönləndiricilərini və xüsusi Goodyear Eagle F1 Supercar şinlərini əldə etmişdi. Modelin ilkin tirajı 1968-ci ilin avtomobilində olduğu kimi 1571 nüsxədən ibarət olmalı idi, lakin onun faktiki tiraj daha çox olub - 1712 nüsxə.

Cari King of the Road modeli karbonplastikdən hazırlanmış kapota, ön splitterə, arxa diffuzora və Görni qanadcığı olan spoylerə malikdir. Kapotun altında ikişnekli ötürməsi olan 3,8-litrlik Whipple superçarceri ilə təchiz edilmiş 5,2-litrlik V8 mühərriki yerləşir. Mühərrikin bəyan edilmiş gücü 913 at qüvvəsidir. GT500KR modelində gücləndirilmiş yarıoxlar, hündürlüyü tənzimlənən yaylar və Borla buraxılış sistemi quraşdırılır. Bundan başqa, maslkar təkər bucağını və kastoru tənzimləmək üçün plastinləri, Ford Performance  stabilizatorlarını və yenidən tənzimlənmiş MagneRide adaptiv asqısını əldə edib.

Maslkar frezerlənmiş alümüniumdan hazırlanmış, habelə gücləndirilmiş və uzadılmış boltları olan 20-düymlük təkər diskləri ilə təchiz edilir. GT500KR sportkarının opsiyalar siyahısında kuzovun eninin artırılması dəsti, superçarcerin cilalanmış gövdəsi, yarış zolaqları, habelə arxa oturacaqların yerində quraşdırılmış, təhlükəsizlik kəmərləri bərkidilən köndələn tir daxildir. Bütün bunları 2020-2022-ci model ilinin Shelby Mustang GT500 modeli üçün, ayrıca paket şəklində də almaq olar. ABŞ-da 180 belə dəst (hər bir model ili üçün 60 ədəd) təklif ediləcəkdir, daha 45 avtomobil isə xaricə göndəriləcəkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh