Azərbaycanın da təmsil olunduğu turun iştirakçıları Myanmaya çatıb - FOTO

Müxtəlif ölkələrdən olan avtomobil həvəskarlarından ibarət qrup “Dünya bizimdir” adlı ekspedisiya çərçivəsində artıq Myanma Birliyi Respublikasına çatıb. Azərbaycan Avtomobil Federasiyasından Avtosfer.az-a verilən məlumata görə, 13 nəfərlik heyətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ölkəmizin “Offroad” klubu da təmsil olunur.
Qeyd edək ki, Myanma Birliyi Respublikası yaxın vaxtlara qədər öz avtomobili ilə səyahət edən turistlər üçün bağlı idi. Rusiyalı Aleksey Kamerzanovun rəhbərlik etdiyi ekspedisiya bu qadağanın ləğvindən sonra ölkəyə gələn ilk avtomobilli turistlər olub.
Xatırladaq ki, “Dünya bizimdir” adlı ekspedisiya 2015-ci ilin iyun ayında start götürüb. Səyahətçilər 5 qitədə 50 ölkə üzrə yürüş etməyi nəzərdə tutur. Ekspedisiyanın oktyabrda başlayan ikinci mərhələsində iştirakçılar Hindistan, Pakistan, İran və Azərbaycandan da keçməyi planlaşdırırlar.
Emin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO












