Bakıda 1 manatlıq taksilər; onlara maraq böyükdür - VİDEO

Axşam saatlarında paytaxtdakı bəzi metrostansiyalarının qarşısından səs-küydən keçmək olmur. Bu səs-küyü salanlar isə Bakı ətrafı kənd və qəsəbələrə ucuz qiymətə müştəri aparan taksi sürücüləridir. Belə sürücülər tez müştəri tapmaq üçün səslərinin çıxdığı qədər qışqırırlar. Belə taksilərdən istifadə edənlərin sayı isə az deyil. Əllərini yuxarı qaldıraraq diqqət çəkir, gedəcəyi istiqamətin və boş yerlərin sayını uca səslə deyirlər. Diqqət çəkmək üçün hətta avtomobilin qapısında oturaraq müştəri çağıran sürücülər də var. Görüntülər metronun "Əhmədli" stansiyasının ətrafındandır. Belə taksilərin qiyməti baha olmadığına görə müştəriləri də kifayət qədər var. Xüsusən də pik saatlarında avtobusda sıxlıq olduğundan bu taksilərə üstünlük verənlərin sayı artır. Eyni mənzərə axşam saatlarında metronun "Qara Qarayev", "Koroğlu", "Ulduz" və "20 Yanvar" stansiyalarının ətrafında da müşahidə olunur.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











