Bakıda ağır qəzalardan sağ çıxanlar və bəxti gətirənlər – REAL VİDEO
Bəzən elə hadisələr baş verir ki, oradan sağ çıxmaq mümkün deyil deyə düşünürük. Amma hər şey Uca Yaradının əlində olduğu üçün qəzadan sağ-sağalamat çıxanlar da olur. Avtosfer.az-ın təqdim etdiyi bu yol qəza görüntüləri Bakıda Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınıb. Birinci qəzada idarəetmədən çıxan avtomobilin səkiyə çıxıb bir neçə maşını əzdiyi əks olunub. Maraqlıdır ki, həmin avtomobil qəza törətməzdən bir saniyə əvvəl 4 nəfərin arasından keçir və heç birinə dəymir. İkinci qəzada isə «Mersedes» markalı avtomobil Tbilisi prospektində idarəetmədən çıxaraq ayırıcı zolağa – səkiyə dırmaşır və əks yolda hərəkətdə olan maşınlarla toqquşmadan növbəti səkiyə dəyib dayanır. Maraqlıdır ki, bu şəraitdə nə toqquşma baş verir, nə də maşın aşır.
Üçüncü qəzada isə yol kənarında dayanmış maşını arxadan gələn başqa bir avtomobil vurur. Bu zaman dayanmış avtomobilin yanında duran şəxsi cəmi 2 saniyə xilas edir. Maşın zərbənin təsirindən bir neçə metr irəli hərəkət etsə də, yerdə dayanmış şəxs sağ-salamaq canını qurtara bilir.
Ümumilikdə, qeyd etmək lazımdır ki, hər üç qəzaya sürət həddinin səbəb olduğu açıq-aşkar görünür.
Avtosfer.az həmin qəzaların videosunu təqdim edir:
Elmin