Bakıda avtobusların dəhşətli oyunu - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan, ağır yol qəzalarına səbəb olan avtobus sürücüləri kifayət qədərdir. Onlardan bir neçəsinin törətdiyi əməllər Daxili İşlər Nazirliyinin «Təhlükəsih şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, bu kadrlarda Bakının müxtəlif ərazilərində qeydə alınmış qayda pozuntuları əks olunub. Qoşa xəttin tələbini pozan, qarşı yola çıxan, svetoforun qırmızı işığına məhəl qoymayıb qəza töərədən avtobusların bu əməlləri cavabsız qalmayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, bu görüntülərin hər biri barəsində müvafiq araşdırmalar aparılıb və avtobus sürücüləri barəsində tədbir görülüb.
Vaqif Əsədovun sözlərinə görə, bu il ərzində Bakıda sərnişindaşıma ilə məşğul olan avtobuslarla bağlı tərtib olunan inzibati protokolların sayı 755 olub, Avtobusların iştirakı ilə 19 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Vətəndaşlar tərəfindən BŞDYPİ-yə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair 16 fakt üzrə müraciət daxil olub. Onların əsasında dərhal araşdırma aparılaraq 13 sürücü barəsində törədilən xəta ilə əlaqədar sənədləşmə aparılıb. Bundan əlavə, ilin əvvəlindən bu günədək internet, sosial şəbəkələr və televiziyalar vasitəsilə yayılan videogörüntülər əsasında aparılan araşdırmalar nəticəsində 9 fakt üzrə 4 sürücü barəsində cəza tədbirləri görülüb.
V.Əsədov onu da əlavə edib ki, avtobus sürücüləri ilə əlaqədar Mərkəzi Məlumat Xidməti tərəfindən gün ərzində paytaxtın inzibati ərazisində orta hesabla 37-45 elektron qaydada fotomaterial hazırlanır.
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











