Bakıda baş verən dəhşətli qəzanın görüntüləri – VİDEO

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunun “Yeni Ramana” yaşayış massivində qeydə alınıb. Qəza zamanı “Shacman” markalı yük maşını ilə 214 saylı “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Hadisə “Yeni Ramana”dan şəhərə gələn istiqamətdə ensiz yolda baş verib. Ağır qəza zamanı 2 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya çatdırılarkən ölüb. Sərnişinlərdən 25-i isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza ilə bağlı hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Xilasedicilər maşınlarda sıxılıb qalan cəsədləri və yaralıları xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Qəzada yaralanan 25 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralıların yarısı palatalara, vəziyyətləri nisbətən ağır olanlar isə reanimasiya şöbəsinə yerləşdiriliblər. Hadisə şahidlərinin APA TV-yə verdiyi məlumata görə, qəza yük maşınının sürücüsünün günahı üzündən olub. Belə ki, iki “Shacman” markalı yük maşını ötüşürmüş. Onlardan biri sərnişin avtobusunun yoluna çıxıb və qəza baş verib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











