Bakıda nazlana-nazlana yolu keçən qızı maşın belə vurdu – REAL VİDEO

Bakıda qeyri-adi yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, yolayrıcının keçilmə qaydasını pozan qara rəngli avtomobil öz yolu ilə düzünə gedən «furqon» «Mercedes»in yoluna çıxıb. Nəticədə hər iki avtomobil toqquşub. «Mercedes»in sürücüsü idarəetməni itirib və avtomobil səkiyə çıxıb. Bu zaman nazlana-nazlana, sağa-sola baxmadan yolu keçən qız elə səkiyə ayaq basan kimi həmin «Mercedes»in zərbəsinə tuş gəlib. Xohbəxtlikdən avtomobil qıza yüngül toxunaraq onu vurub yerə yıxır. Qız dərhal ayağa qalxa bilir.
Bu qəzada qara rəngli avtomobilin yolayrıcını düzgün keçməməsi, sağdan gələn nəqliyyat vasitəsinə yol verməməsini hər kəs gördü. Onu da gördük ki, piyada keçidi olmayan yerdən yolu bulvarda istirahət edirmiş kimi keçən piyadalarımız hələ də var. Təsəvvür edin ki, bu qız üç zolaqlı yolu keçir, hərəkət intensivdir, bir dəfə də olsun başını qaldırıb sağa-sola baxmır. Axırı da belə olur…
Avtosfer.az Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan həmin görüntüləri təqdim edir:
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











