Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

Bir vaxtlar danayacaqdan kənar avtobus saxladığı üçün qınanan sürücülər indi əks-reaksia ilə üzləşib. Dünən səhər Bakıda bir avtobus sürücüsünün döyülməsinə məhz dayanacaqdan kənarda saxlamaması səbəb olub. Sərnişinin döydüyü sürücü kəllə beyin travması alıb.
Hadisə səhər Əhməd Rəcəbli küçəsində, 33 saylı xətdə hərəkət edən avtobusda baş verib. Bir sərnişin sürücü Kamil İbrahimova hücum edib. Döyülən sürücünün qardaşı Ramil İbrahimov deyir ki, hadisəyə səbəb sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub.
Döyülən sürücünü sərnişinin əlindən ətrafda olanlar alıb. Qan içində olan Kamil İbrahimovu digər sürücü yoldaşları 1 saylı şəhər kliniki tibbi mərkəzə aparıblar, sərnişin isə hadisə yerindən qaçıb. Kəllə-beyin travması alan sürücü Kamil İbrahimovun vəziyyəti ağır olduğundan o, əməliyyat ediləcək.
Hadisə ilə bağlı zərərçəkmişin qardaşı polisə məlumat verib. İndi 5-ci polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən həmin şəxsi axtarır.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











