Bakıda sərnişin sürücünü döydü - VİDEO

Bakıda sərnişin avtobusunda insident yaşanıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, insident "BakuBus” avtobusunda qeydə alınıb. Videodan görünür ki, orta yaşlı bir kişi avtobusa minir. Sərnişin "BakıKartı” olmadığını bildirir. Sürücü isə kartsız getməyin qadağan olduğunu bildirib. Kişi isə sürücüyə əvvəlcə nağd pul vermək istəyib. Sürücü pulu almayıb və kart tələb edib. Nəticədə kişi sürücünü təhqir edib. Daha sonra sürücünü vurub. Digər sərnişinlər onu sakitləşdirməyə çalışsalar da, həmin şəxs onlara da əl-qol atıb. Sürücü onu avtobusdan düşürə bilməyib. Kişi pulsuz olaraq avtobusda gedib. Pulsuz getməsinə baxmayaraq sərnişin sürücünü təhqir edib və avtobusa tüpürüb. Hadisə sentyabrın 16-da baş verib.
"BakuBus” şirkəti və sürücü avtobusda dələduzluq edən həmin şəxs barədə Bakı şəhər Baş Polis İdarəsinə şikayət edib. Həmin şəxsin tapılması istiqamətində araşdırma aparılır.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











