Bakıda tanınmış restoran səkini zəbt edib dayanacaq yaratdı – VİDEO

Bakıda bir çox restoranlar, otellər və digər iaşə obyektləri səkiləri zəbt edərək qanunsuz dayanacaq yaradırlar. Bu da piyadaların hərəkətinə mane olur. Bəzi restoran və otellərin qarşısında isə 2-3 cərgədə maşın saxlayırlar və bu da digər avtomobillərə problem yaradır, tıxac əmələ gəlir.
Avtosfer.az-ın əməkdaşları Bakıda tıxaca və piyadaların hərəkətinə maneçilik yaradan restoranların, otellərin və digər bu kimi obyektlərin aşkarlanması ilə bağlı layihəyə start verib. Əməkdaşlarımızın kamerasına tuş gələn ilk obyekt Bayıl qəsəbəsində – Neftçi Qurban küçəsində yerləşən «Rivera» otel-restoranıdır. Bir neçə gün həmin restoranın ətrafında apardığımız müşahidələrdən gördük ki, burada səki tamamilə zəbt olunub. Yolun solunda park edilən maşınların ön tərəfi restoranın divarına dirənib və burada hərəkət qeyri-mümkündür. Bundan əlavə, avtomobillərin arxa tərəfi yola çıxır və yolu daraldır. Yolun sağında da səkiyə perpenduklyar park edilmiş avtomobillərə rast gəlinir ki, bu mənzərə üçzolaqlı yolu faktiki olaraq birzolaqlı yola çevirib.
Elə bilməyin ki, yolun sağında dayananlar başqalarıdır. Onların da əksəriyyəti «Rivera»ya gələn müştərilərin maşanlarıdır.
İki gün ərzində apardığımız müşihidələrdən bu qənaətə gəlmək olar ki, «Rivera»nın rəhbərliyi özündən başqa heç kimi düşünmür. Nə oradan keçən piyadaların, nə də digər avtomobillərin hərəkətində yaratdıqları çətinlik onlara maraqlı deyil. Əsas odur ki, müştəri bol olsun.
Maraqlı olan isə budur ki, «Rivera» otel-restoran kompleksi yeni yaranıb. Yəni, bu obyekti inşa edərkən ora gələcək müştərilən avtomobillərini harada park edəcəyi barədə də düşünmək olardı…
O ki qaldı yoldakı bu vəziyyətə yol polisinin biganəliyinə, bəli, təqdim etdiyimiz fotodan da görünür ki, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hər gün bu mənzərəni görürlər. Onu da görürlər ki, yolun solunda maşınların səkini zəbt etməsindən əlavə, orada dayanma-durmanı qadağan edən yol nişanı qoyulub. Amma yol polisləri bu mənzərəni sadəcə seyr edirlər və sakitcə keçib gedirlər. Özü də, bu yoldan elə özləri də əziyyət çəkə-çəkə keçirlər.
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











