Bakıda yol polisləri motosikletçini belə tutdu - VİDEO

Bakıda yol polisləri onlara tabesizlik göstərən motosiklet sürücüsünü başqa maşınların və xüsusilə də, evakuatorun köməyi ilə saxlaya biliblər. Qaçdı-qovdu əməliyyatı Daxili İşlər Nazirliyinin (DİN) «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, videodan göründüyü kimi, DYP əməkdaşlarına tabe olmayan motosikletçi «Olimp» mağazasının yaxınlındakı svetoforda iki Yol-Patrul Xidməti avtomaşınının arasından qaça bilir. O, qarşı yola çıxaraq qaçır. Lakin bir qədər getdikdən sonra da əks yola çıxmaqla təhlükəli manevrlər edir. Bu zaman səkiyə sıxışan motosikletçinin yoluna evakuator avtomobili kəsir. Yalnız bundan sonra motosikletçini durdurmaq mümkün olur.
Yol polisinin «saxla» göstərişinə tabe olmayan motosikletçi bir neçə dəfə qəza şəraiti də yarıdır. O, «Cavid» parkının yaxınlığında yol polisi tərəfindən verilən «saxla» işarəsinə tabe olmayaraq qaçmağa çalışırdı.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Fərid
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











