Bir videoda 3 qayda pozuntusu; avtobus, «Galendewagen» və «04» - VİDEO

Adınını çəkilməsini istəməyən oxucumuz Avtosfer.az-a elə bir video göndərib ki, burada eyni vaxtda 3 qayda pozuntusu əksini tapıb. Bu video yollarımızdakı intizamsız sürücülərin ortaq məxrəcidir. Burada həm avtobus sürücüsünün kobud qayda pozuntusu, həm bahalı avtomobilin, həm də kasıb malı olan «VAZ-2104»ün sürücüsünün qayda pozuntusunu görmək olar.
Bakının mərkəzi küçələrindən birində çəkilən bu videodan görürük ki, dayanacaq olmayan yerdə 90-VZ-666 dövlət nömrə nişanlı sərnişin avtobusu qəflətən dayanaraq sərnişin düşürür. Bunun ardınca «Mercedes-Galendewagen» markalı avtomobil dərhal sol zolağa çıxaraq təhlükəli manevr edir. Elə bu anda sağdakı «VAZ-2104» markalı avtomobilin sürücüsü də sağa-sola baxmadan sola manevr edir. Solda hərəkət edən avtomobilin sürücüsü qəzanın qarşısını almaq üçün maşını saxlamalı olur, sonra isə hərəkətə davam edir. Bir qədər sonra yenidən dayanıb «Hyundai» markalı avtomobilə yol verir. 10-UP-681 dövlət nömrə nişanlı «04» bir qədər geridə qalsa da, ona yol verilmədiyi halda sürətlə hərəkət edib sol zolağa çıxır və qəza şəraiti yaradır.
Əslində isə belə olmamalıdır. Sürücü qarşısındakı maneə ilə ara məsafəsini normal saxlamalıdır ki, bu cür situasiyalarda avtomobili dayandıra bilsin. Amma biz bu videoda onu görürük ki, avtobus dayanan kimi həm «Galendewagen», həm də «04» sürücüsü dayanmadan sola manevr edib zolağı dəyişmək istədilər. «Galendewagen»in sürücüsü vəziyyətdən çıxa bilsə də, «04» öz zolağına qayıtmalı oldu. Amma axırda yenə də öz bildiyini etdi.
Bu videoda yalnız «Hyundai» markalı avtomobilin sürücüsü qaydalara əməl edir, avtobus dayanan kimi o da dayanır, yalnız ona yol verildiyinə əmin olduqdan sonra sola çıxaraq hərəkəti davam etdirir. Beləliklə, bu videodan belə nəticəyə gəlmək olar ki, hər 4 sürücüdən 3-nün yol hərəkəti qaydaları ilə bağlı ciddi problemi var.
Elməddin Muradlı
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











