Bütün stereotipləri dağıdan körpü hazırlandı - VİDEO

Çinin Hubey vilayətində “su üzərində ekoloji yol” adlı qəribə körpü tikilib. Mərkəzi Çinin Hubei əyalətində Xinqşanq vilayətini Zaojun körpüsü ilə birləşdirən yeni yolun açılışı olub. 10 km-lik magistralın 4,4 km-lik hissəsi hündür körpünün üzərində inşa edilib və çay boyunca uzanır. Yeni marşrut Xinqşandan “Yiba Expressway”ə qədər olan yola sərf olunan vaxtı 20 dəqiqə azaldır və möhtəşəm mənzərə sərnişinlərin zövqünü oxşayır. Səfər 1 saat boyunca enişli-yoxuşlu və dolanbac yollarla davam edir.
Layihə meneceri Çen Xinqdanın verdiyi məlumata görə ilk dəfə 2013-ci ildə təklif olunan yol üçün üç müxtəlif marşrut nəzərdə tutulmuşdu. Marşrutlardan ikisi həmin ərazidəki dağlarda tunel qazılaraq həyata keçirilməli, üçüncü, ən uzun yol isə suyun üzərində inşa edilməli idi. Layihə mühəndisləri dağlardakı zəngin bitki örtüyü olan meşəni qorumaq üçün üçüncü marşrutu seçdi.
Bu seçimin edilməsində yerli əhalinin ekologiyaya vurulacaq zərərlə bağlı etirazlarının da rolu böyük oldu. Layihəni hazırlayanlar bunun Çində ilk "su üzərində ekoloji yol" olduğunu iddia edir.
Qeyd edək ki, yolun salınması 2 milyon yuana (320,000$) başa gəlib, digər işlərə isə 4,4 milyon yuan (700,000$ ) pul xərclənib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











