Dağüstü parkda velosipedlə təhlükəli hərəkətlər – VİDEO
Avtoreyd
21 İyun 2015 01:20
Oxunub 2040
Onlar hər kəsi təəccübləndiriblər
Bakıda velosipedçilərin etdiyi hərəkətlər hər kəsi təəccübləndirib. Jurnal.ws xəbər verir ki, bir qrup ekstrim həvəskarları Dağüstü parkda “40 pilləkən”də velosipedlə yüksək sürətlə aşağı eniblər. Bununla kifayətlənməyən ekstremallar 7-8 pilləkəndən bir velosipedlə tullanmağa başlayıblar. Maraqlı anlar ərazidə istirahət edən vətəndaşlar tərəfindən lentə alınıb. Onlar bildiriblər ki, ekstrim həvəskarları ətrafdakılar üçün təhlükə yaratsa da, onların hərəkətləri maraqla qarşılanıb.
Bəzi məlumatlara əsasən, velosipedi bu cür idarə edən şəxslər “Shark Head | Velopeople” qrupundandırlar.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR