Dayanma-durmaya görə cərimədən yaxa qurtarmaq üçün mütləq baxın - VİDEO
Avtoreyd
25 Sentyabr 2015 19:00
Oxunub 4635
Cərimədən yayınmağın yeni üsulu - «Nissan»dan hiyləgər reklam
«Nissan» avtomobilinin yeni reklam roliki sosial şəbəkələrdə geniş marağa səbəb olub. Avtosfer.az-ın məlumatına görə, bu videoda «Nissan» markalı avtomobil dayanma-durma qaydasını pozub. Yol polisi cərimə yazmaq üçün maşina yaxınlaşdıqda görür ki, sürücü yarıya kimi maşının altına girib təmirlə məşğuldur. Polis vəziyyəti belə gördükdə cərimə yazmadan oradan uzaqlaşmağa başlayır. Bu zaman avtomobilin əsl sürücüsü olan xanım maşina yaxınlaşır və bayaqdan maşının altına uzanmış «kişi»ni qaldırıb maşının yük yerinə atır. Məlum olur ki, sən demə, maşina altında görünən kişi bədəni kukla imiş…
Fidan
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR