Göygöldə 15 sürücü barəsində protokol tərtib edildi - FOTO

Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyənlər məsuliyyətə cəlb edilib
Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları
yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik
tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
verilən Avtosfer.az-a məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik
kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün
istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.
Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və
ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Bu isə insanı
avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra
doğru atılmasının qarşısını alır. Dönmə siqnalları isə ilk növbədə digər hərəkət
iştirakçılarına istiqamətini müəyyən etməyə kömək edir və yol qəzalarının baş
verməsi ehtimalını azaldır. Davam etdirilən tədbirlər nəticəsində 15 sürücü
barəsində protokol tərtib edilib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO














