Gürcü baykerler Azərbaycana gəlir

Gürcüstan baykerleri 28-30 avqustda Azərbaycanda keçiriləcək IV Beynəlxalq Qafqaz Moto Festivalında iştirak edəcəklər. Şəkidə keçiriləcək 4-cü Motofestival haqda yazılan “Novosti - Gruziya" xəbər portalında baykerlərin ölkəmizə həm də turist qismində gələcəkləri vurğulanıb. Motofestivalın təşkilatçılarının sözlərinə görə Şəkiyə Gürcüstandan savayı ABŞ, Rusiya, Türkiyə, İran və digər ölkələrdən olan baykerlər qatılacaq.
Qafqazın ən böyük Moto Festivalı Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkinin Olimpiya Kompleksində keçiriləcək.
Tədbir çərçivəsində sərgi-yarmarka da təşkil olunacaq. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin, Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq. Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələrilə tanışlıq imkanı yaradılacaq.
Hər il olduğu kimi bu il də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şouları hamını heyran edəcək. Şəkidə çıxış edəcək dünya şöhrətli "Lady Qaqa", "Elvis Presli", "Beatles", "Kiss" qruplarının "tribute"ları isə festivala xüsusi rəng qatacaq. Unudulmaz gecə yerli müğənnilərin ifası, xarici DJ-lərin çoşduran musiqiləri ilə davam edəcək.
Moto Festivala motobrendlər, motoklublar, moto mədəniyyət aləmi ilə maraqlananlar, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatıla bilər. Bir sözlə, Motofest bol əyləncə, "test ride", adrenalin və azadlıq ruhunu hiss etmək istəyən hər kəs üçündür. Festivalda iştirak etmək pulsuzdur.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











