«Lada»nın gücünə bax; bir zərbə ilə «Toyota»nı səkiyə dırmaşdırdı - VİDEO

Avtosfer.az Bakıda baş vermiş daha bir yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan görüntülərdə «Lada» və «Toyota Camry» markalı avtomobillərin toqquşması əksini tapıb. Kadrlarda hadisənin başvermə şəraiti tam əks olunmasa da, sol tərəfdən düzünə hərəkətə başlayan avtomobillərin davranışından anlaşılır ki, «Toyota Camry» öz yolu ilə hərəkət edirmiş. «Lada» isə görünür, sürücünün tələskənliyi ucbatından yolayrıcına daxil olarkən qadağanedici nişana əhəmiyyət vermədən hərəkəti davam etdirir. Nəticədə «Lada» o qədər də yüksək olmayan sürətlə «Toyota»ya arxa-yan tərəfinə çırpılır. Hərəkətdə olan «Toyota» dərhal istiqaməti dəyişir və səkiyə dırmaşaraq orada hərəkət edir.
Çox güman ki, ya sürücü özünü itirib, ya da təhlükəsizlik yastığı açıldığı üçün önünü görə bilmir. Bu vəziyyətdə əyləci basıb qəzadan yüngül zərərlə qurtulmaq mümkün idi…
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











