Marşrut sürücülərinin iş prosesinə nəzarət gücləndirilir - VİDEO

Bir neçə gün bundan qabaq «Avtomobil nəqliyyatı haqqında» qanuna edilən bir sıra dəyişikliklər qüvvəyə minib. Burada ən diqqət çəkən yeniliklərdən biri sərnişin avtobuslarına və yük maşınlarına quraşdırılacaq taxoqraf qurğularıdır. Bu qurğu sürücülərin iş qrafikinə necə əməl edilməsini də nəzarətdə saxlayacaq.
Halbuki Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq onların iş müddəti fasilələrlə 9 saatdan artıq olmamlıdır. ''Avtomobil nəqliyyatı haqqında'' yeni qanunda avtobusların sürücülərinin iş və istirahət rejimi xüsusi diqqətdə saxlanılır. Sürücülərin nəzərdə tutulduğundan artıq işləməməsi üçün avtobuslarda məcburi şəkildə taxoqrafların quraşdırılması nəzərdə tutulub.
Elektron cihaz olan taxoqrafın iş prinsipi belədir ki, sürücü xüsusi kartı aparata daxil edəcək. Bundan sonra işə düşən taxoqraf sürücünün neçə saat işləməsi haqqında məlumatları özündə saxlayır. Yəni nəqliyyat vasitəsi hərəkətdə olanda həmin müddət iş saatı kimi cihazın yaddaşına yazılır. Bu isə sahibkarların yaratdığı mərkəzi bazada öz əksini tapacaq.
İş qrafikindən artıq işləmək sürücülərin hüquqlarının pozulması, sahibkarların isə daha çox gəlir qazanması deməkdir. Çünki 9 saatlıq normaya əməl ediləndə gərək eyni nəqliyyat vasitəsində gərək ən azı 2 sürücü işləsin.
Ekspert hesab edir ki, çıxış yolu taxoqrafın məlumat bazasına müvafiq dövlət qurumunun nəzarətinin təmin edilməsidir.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











