Maşın saxlamağa yer tapmayanlar üçün VİDEO

Bakının ən böyük problemlərindən biri dayanma-durma yerlərinin məhdud olmasıdır. Sürücülər az qala evlərinin qarşısında da maşın saxlayanda ya yol polisi gəlib cərimə meydançasına aparır, ya da Bakı şəhər İcra Hakimiyyəti parkomat qoyub yerpulu alır. Bəzi işbazlar evakuator alıb maşınları cərimə meydançasına daşımağı asan qazanc yeri kimi görürlər. Amma dünyanın inkişaf etmiş ölkələrində sürücüləri soymaq yox, onlar üçün şərait yaratmağı düşünürlər. Məsələn, «Smart parking» qurğusu çox əlverişli bir vasitədir. Asanlıqla qurulur və eyni vaxtda onlarla avtomobili park etmək mümkündür. Təxminən 20-25 kv. metr yer tutur. Bakı üçün çox əlverişli vasitədir. Çünki Avtosfer.az saytı olaraq son günlər Bakıda apardığımız müşaşidələrdən bu nəticəyə gəlmək olar ki, şəhərin küçə və yollarının yarıdan çoxunda dayanma-durmanı qadağan edən yeni yol nişanları quraşdırılıb. Amma nədənsə bu nişanları quraşdıranlar alternativ variantları ya nəzərə almır, ya da çox gec yada düşür.
Cavid
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











