Minik maşını özündən 3 dəfə böyük yük maşınını belə aşırdı - VİDEO

Bakıda yükdaşıma ilə məşğul olan firma maşınının kiçik səhvi ucbatından ağır qəza baş verib. Avtosfer.az-ın məlumatına görə, qəza görüntüləri Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameralarında qeyd olunub. Videodan da göründüyü kimi, bu qəzada günahkar yük avtomobilinin sürücüsüdür.
Dörd zolaqlı yolda sürət həddi çox güman ki, 90 km/saatdan az deyil. Ən azından orada şütüyən avtomobillərindən sürətindən bunu müəyyən etmək olur. Firma maşını isə bu yolda 20-30 km/saat sürətlə hərəkət edir və qara rəngli minik maşını yaxınlaşdıqda qəflətən sola manevr edərək onun yoluna çıxır. Bununla da ağır qəzaya səbəb oldu. Minik maşını sürətlə hərəkət etdiyi üçün kiçik bir zərbə ilə özündən 3 dəfə böyük olan yük maşınını aşırdı.
Görüntülərdən bu qənaətə gəlmək olar ki, firma maşınının sürücüsü sol zolaqlara keçmək istəmirdi. Deyəsən, o ya əks yola çıxmaq istəyirdi, ya da geriyə manevr etməyə çalışırdı. Çünki eyni istiqamətli yolda zolaqları dəyişmək üçün dayanıb gözləməyə ehtiyac yox idi. Gedə-gedə zolaqları dəyişmək ən yaxşı üsuldur. Bu sürücü isə ya qeyri-peşəkardır, ya da yolun ayırıcı hissəsinə yaxınlaşıb geriyə qayıtmağa çalışırdı…
Avtosfer.az həmin görüntüləri təqdim edir.
Elməddin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











