Nəqliyyat müfəttişlərinin türk sürücüdən pul dilənmək VİDEOsu

Sosial şəbəkələrdə nəqliyyat müfəttişləri ilə türkiyəli sürücünün videosu yayılıb. Avtosfer.az xəbər verir ki, videodan göründüyü kimi, iki nəfər nəqliyyat müfəttişi türk sürücünün idarə etdiyi avtomobilin qarşısını kəsiblər. Onlar sürücüdən heç bir sənəd istəmədən bayramla əlaqədar olaraq 20 manat tələb edirlər. Sürücü bu pulu verə bilməcəyini dedikdə isə təxminən 50-55 yaşlarında olan nəqliyyat müfəttişi hədə-qorxu gəlməyə başlayır.
Müfəttiş sürücüyə hətta onu da bildirirlər ki, bayram olmasaydı başqa cür davaranardı. O, sürücüdən tələb edir ki, müdirə zəng etsin, o danışıb pul alacaq…
Həmin görüntüləri izlədikcə dünən Nəqliyyat Nazirliyinin bir çox səlahiyyətlərinin alınaraq Dövlət Yol Polisinə verilməsinə ürəkdən sevinməmək olmur. Bu cür biabırçılığa nə vaxtsa son qoyulmalı idi.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, bundan sonra yollarda bəzi qayda pozuntularına görə taksiləri, yükdaşıma ilə məşğul olanları və avtobusları yalnız DYP əməkdaşları cərimə edə biləcəklər.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











