Özlərini maşınlara çırpıb pul qazanan fırıldaqçılar - ŞOK VİDEO

Onlar özlərini avtomobillərin qabağına atır, asta sürətlə hərəkət edən nəqliyyat vasitələrinə yandan toxunur və yerə yıxılırlar. Bu üsulla sürücüləri təlaşlandırıb, onlardan və ya sığorta şirkətlərindən “sağlamlığa dəyən zərərə görə» pul tələb edirlər. Avtosfer.az-ın məlumatına görə, onlar bəzən ehtiyatı əldən verib, həqiqətən də zədələnirlər. Həyatlarını riskə atırlar. Amma iş baş tutanda bu zədələri unutduracaq qədər “qazanırlar”. Belə fırıldaqçı piyadalara Rusiya və Asiya (xüsusilə də, Çin, Hindistan) yollarında tez-tez rast gəlmək olar. Amma bəzən bu dələduzların planları istədikləri kimi getmir – avtoregistratorlar və yollardakı müşahidə kameraları onların pul qazanmaq arzularını puç edir.
Sizə tədbirli sürücülərin avtoregistratorlarından bəzi kadrları təqdim edirik.
P.S. Azərbaycanda da belə əməllərlə məşğul olanların mövcudluğu barədə məlumatlar yayılmaqdadır. Bakıda – «20 Yanvar» metrostansiyası yaxınlığında, “Şamaxinka” adlanan ərazidə də bu tip dələduzların olması barədə redaksiyamıza məlumatlar daxil olub. Mövzu araşdırılır.
Fuad
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











