Reklam

Piyada və sürücülər üçün təhlükəli yol - DİQQƏT - VİDEO

Avtoreyd 9 Sentyabr 2015 23:53 Oxunub 2048
Piyada və sürücülər üçün təhlükəli yol - DİQQƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçid nişanı var, amma zolaq yoxdur

Piyada keçidini göstərən nişan var. Amma piyada zolağı yoxdur. Paytaxtın Nizami rayonunda - «Neftçilər» metrostansiyasının yaxınlığında bir neçə yerdə belə mənzərə var. Piyada nişanları quraşdırılsa da zolaq çəkilməyib. Piyadalar deyir ki, belə vəziyyət onları çaş -baş salır.

Piyadalarla yanaşı sürücülər də piyada keçidi nişanının yanında zolağın olmamasının onları çaşdırdığını deyirlər.

Ekspertlər isə bildirir ki, yol hərəkəti haqqında qanuna görə piyada keçidini göstərən nişanla zolaq birlikdə təşkil edilməlidir. Piyada zolağı nişanın düz altında çəkilməlidir. Bu standart 1998-ci ildə MDB dövlətlərinin Dövlətlərarası Standartlaşdırma Şurası tərəfindən qəbul edilib. Ölkəmizdə də həmin normativ akt qüvvədədir.

Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, zolağın və ya nişanın olmaması inzibati tədbirlər zamanı piyada və sürücüləri məsuliyyətdən azad edə bilər. Qəza hadisələri zamanı məsələ daha da mürəkkəbləşə bilər.

Yol nişanlarının təşkili ilə məşğul olan ilk qurum Baş Dövlət Yol Polisi idarəsinin tabeliyindəki siqnal idarəsi məşğul olur. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qanunvericilikdə nişan və zolağın bir birini tamamlanmasının şərt kimi qoyulmadığını bildirib. Şöbə rəisi etiraf edib ki, bu yol hərəkətinin təşkilində çatışmazlıqdır. Sözügedən vəziyyətlə bağlı araşdırmalar aparılmalıdır ki, zolaq niyə yoxdur. Yalnız bundan sonra müvafiq tədbirlər görmək olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh