«Prado» sürürsənsə piyadanı əzməlisən? – Bakıda biabırçılıq - VİDEO
Avtoreyd
23 Sentyabr 2015 12:18
Oxunub 5306

Avtomobili zebrada piyadaların üstünə sürən sürücüyə yol polisi də göz yumur
Bakıda piyada keçidində insanlara qarşı vəhşilik edən sürücünün videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan görünür ki, İstiqlaliyyət küçəsində – Bakı şəhər İcra Hakimiyyətindən bir qədər irəlidə yerləşən piyada keçidində bir qrup insan zebradan yolu keçir. Digər maşınlar dayanıb piyadalara yol versə də, qara rəngli «Prado» markalı avtomobil insanların üstünə yeriyir və təhlükəli vəziyyət yaradaraq hərəkəti davam etdirir. Maraqlısı odur ki, 30 metr irəlidə yol polisləri bu mənzərəni görsələr də, «Prado»nu saxlatmırlar.
Avtosfer.az həmin videonu təqdim edir:
Emin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














