Qadın sürücünü yol polisi saxladı; maşını qoyub qaçdı - VİDEO

Şabran DYP bölməsinin əməkdaşları rayon ərazisində növbəti dəfə reyd keçirib. Avtosfer.az interaz"tv-yə istinadən xəbər verir ki, qış fəslinə hazırlığın yoxlanması və sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən şəxslərə qarşı keçirilən reyd zamanı ümümilikdə 32 sürücü barəsində inzibati tədbir görülüb. Reyd zamanı sürücülük vəsiqəsi olmadan avtomobil sürən 8 sürücü aşkarlanıb. Onlar arasında, hətta özünü “jurnalist” kimi qələmə verən və yol polisinə tabe olmayan şəxslər də olub.
İlkin araşdırma zamanı məlum olub ki, özünü jurnalist kimi təqdim edən xanım sürücü Günay İbadovadır. O, polisə heç bir sənəd təqdim etmədən nəqliyyat vasitəsini yolun hərəkət hissəsində qoyub və ərazidən uşaqlaşıb. Polis əməkdaşları bir neçə dəfə ondan maşının açarını təqdim etməsini xahiş etsələr də xanım sürücü onları dinləməyib. Nəhayət Günay İbadova maşının açarlarını yol patrul xidmətinin əmkdaşlarına verib və nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. Şabran DYP bölməsindən verilən məlumata görə, rayon ərazisində reydlər mütamadi olaraq davam etdiriləcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











