«Shacman» sürücüsü yol nişanlarını belə "yoldu" - VİDEO
Azərbaycanda ağır tonnajlı yük avtomobilinin sürücüsü gözlənilməz hərəkətlərə yol verib. Avtosfer.az-ın məlumatına görə, «Shacman» markalı, 90 RU 326 dövlət nömrə nişanlı avtomobilin videosunu «Azəryolservis» ASC yayıb. Videodan da göründüyü kimi, Bakı-Quba yolunda dayanan «Shacman»da texniki nasazlıq yaranıb. Sürücü maşını yolun kənarında saxladıqdan sonra qeyri-adi hərəkətlərə yol verərək təhlükəsizliyi təmin etməyə çalışıb. Sürücü yolun kənarındakı döngənin istiqamətini bildirən bütün yol nişanlarını sökərək təhlükəsizlik tədbirliri üçün istədiyi yerlərə - yolun kənarına, maşının üzərinə düzüb. Bununla o, başqa avtomobillərin onun yük maşını ilə toqquşmasının qarşısını almağa çalışıb.
Yolların Mühafizəsi İdarəsinin əməkdaşları «Shacman» sürücüsünə yaxınlaşaraq etdiyi hərəkətin düzgün olmadığını, yol nişanlarını sökməyin qanun pozuntusu olduğunu dedikdə sürücü bundan xəbərsiz olduğunu deyib. Buna baxmayaraq, həmin sürücü yol nişanlarını yerinə bağladıqdan sonra cərimələnib.
Maraqlıdır, gündüz vaxtı sürücünün bu hərəkəti etməsinə səbəb nədir? Olmaya, gecəni orada qalmaq istəyirmiş? Görünən odur ki, öz təhlükəsizliyini təmin edərkən başqalarına təhlükə yaratdığının fərqində olmayıb.
Emin