Reklam

Yol polisinin kamerası qarşısında kütləvi qayda pozuntusu – Bakıda - VİDEO

Avtoreyd 21 Avqust 2015 12:21 Oxunub 2517
Yol polisinin kamerası qarşısında kütləvi qayda pozuntusu – Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dağüstü parka gələnlər yolun bir hissəsini bağlayır; qəza şəraiti və, nəqliyyatçıların 150 manatı

Bakının problemləri yolları çoxdur. Problem təkcə yol hərəkətinin təşkili ilə bağlı deyil, həm də yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulmasıdır. Bakıda elə restoran, bar, otel var ki, gecə düşən kimi obyektin qarşısında maşın əlindən tərpənmək olmur. Avtosfer.az həmin obyektlərlə bağlı materiallar hazırlayır və ardıcıl olaraq təqdim edəcəyik. Bu dəfə isə oxuculara yol polisinin «Təhlükəsiz şəhər» kamerasının qarşısında kütləvi qayda pozuntusu ilə bağlı görüntəlri təqdim edirik. Dağüstü parka gələn insanların pilləkənlərin aşağısında maşın saxlamasını görənlər az deyil. Sanki qarışqa yuvasıdır. Əslində, qarışqalarda az-çox səliqə-səhman olur. Amma Dağüstü parkın aşağsısında maşınları elə saxlayırlar ki, heç nə baş açmaq olmur. Yol polisinin kamerası bütün bu halları hər gün çəkir, yəqin ki, canlı olaraq bu prosesi görən yol polisləri də var. Amma hələ bir dəfə də olsun ora naryad göndərib hərəkətin təhlükəsizliyini təmin edən olmayıb. Yalnız dövlət tədbiri olanda «Gülüstan» sarayına gələn qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə Dağüstü parkın aşağısında maşın saxlamağa icazə vermirlər. Görünür, «Gülüstan»a gələn qonaqlar qədər digərlərin rahatlığı, təhlükəsizliyi, bir sözlə, həyatı yol polisi üçün maraqlı deyil. Belə deyilsə, bu videoya diqqətlə baxın…

Üzü Bayıl qəsəbəsi istiqamətində hərəkət edərkən Dağüstü parkın altında yol bağlanır. Yəni, sürücü məcbur olub təhlkəsizlik adacığının da üstündən keçməklə qarşı yola çıxıb hərəkəti davam etdirməlidir. Məhz buna görə də, hər gün burada bir-birinə sürtünən maşınlara rast gəlmək olar, hər gün burada bir-birinə yol verməməyə görə söyüşən sürücülərlə rats gəlmək olar və hər gün eyni mənzərəni görmək olar. Özü də yol polisinin kamerası qarşısında.

Bu kameranın qarşısında bir yaşlı kişi özbaşına olaraq dayanacaq yaradıb. Bu kameranın qarşısında həmin kişi hər ay nəqliyyat müfəttişlərinə 150 manat «şirinlik» verdiyini deyir… 

Bu kameranın qarşısında yolu rahat getmək olmur. Çünki ədəbsiz sürücülər maşınları necə gəldi saxlayır, onlara da «gözün üstə qaşın var» deyən yoxdur. Sanki şəhərin mərkəzi küçələrindən biri olan bu ərazini heç kim görmür və ya görmək istəmirlər. Bəs onda o kamera nə üçün lazımdır? Bu qədər kütləvi qayda pozuntusunu qeydə almırsa, ya o kamera işləmir, ya da kameraya nəzarət edənlər…

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh