Yolda "benzinpulu" adıyla sürücüləri soyan dələduzun yeni videosu yayıldı - VİDEO

Sosial şəbəkələrdə Azərbaycan yollarındakı fırıldağla bağlı yeni video yayılıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkəyə yerləşdirilmiş videodan görünür ki, bir şəxs avtomobilini yol kənarında saxlayaraq ötüb keçən maşınlara əl edir. Maşının yanından keçən bir avtomobilin sürücüsü isə maşını saxlayaraq ona kömək etmək istəyir. Yol kənarında dayanmış şəxs ailəsi ilə ziyarətə getdiyini və yarıyolda maşının sürət qutusunun dağıldığını, təmirə bütün pulunu sərf etdiyini bildirir. Yoluna davam etmək üçün benzin pulu istəyən həmin şəxs sürücülük vəsiqəsini girov qoymağa da razılaşır. Yoldan ötən şəxs isə həmin sürücüyə 5 manat verdikdə o etiraz edir. Sürücü 10 manat tələb edir. 5 manatla mənzilbaşına gedib çata bilməyəcəyini deyir.
Qeyd edək ki, buna bənzər hadisələr Azərbayacan yollarında tez-tez qeydə alınır. Yol kənarında maşınlarını saxlayan dələduzlar keçənlərdən benzin, 10, 15, 20 manata qədər pul istəyirlər. İstədikləri məbləği almayanda isə maşında uşaqların olduğunu və onları yolda qoymağın insanlığa sığmadığını bildirərək təzyiq edirlər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











