Yollarımızdakı tramplinlər qanunsuz çıxdı - VİDEO

Yollara necə gəldi vurulan tramplinlər sürücülər üçün əsl problemə çevrilib. Çünki belə suni maneələr qəza şəraiti yaratmaqla yanaşı avtomobilin detallarının sıradan çıxmasınada səbəb olur. Ekspertlər isə yollara icazəsiz şəkildə tramplin vuran şəxslərin cərimə oluna biləcəyini deyirlər.
Eyni küçədə, biri-birinin yaxınlığında bir neçə süni maneə, yəni tramplin olsa da, ərazidə heç bir xəbərdaredici nişan quraşdırılmayıb. Üstəlik, belə suni maneələrin əksəriyyəti asfaltdan hazırlandığından sürücülərin onu görməsi çətinləşir. İndi paytaxtdakı ara küçələrdə heç bir standarta uyğun olmayan trampilinlər geniş şəkildə yayılıb.
Belə suni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericilikə tənzimlənmir. Sürücülərin sözlərinə görə isə necə gəldi qurulan və heç bir standarta uyğun olmayan belə tramplinlər avtomobilin xarab olmasına səbəb olur və qəza şəraiti yaradır.
Beynəlxalq təcrübədə isə bu hal qanunlarla tənzimlənir. Belə maneələrin harada quraşdırılmalı olduğu və tələblərinin nədən ibarət olduğu isə açıq aydın göstərilir. Məsələn, qonşu Rusiyanın qanunvericiliyində süni maneələr təsbit olunub və onun qoyulma yeri və forması müəyyən edilib. Azərbaycanda isə bu, qanunvericilikdə yoxdur və buna məhəl qoymayanlar üçün konkret cəza tədbirləri nəzərdə tutulur.
Qanunvericilikdə nəzərdə tutulmasa da yollarda çoxlu sayda süni maneə var.
Qeyd edək ki, paytaxt ərazisində əsas küçə və magistrallarda yolların vəziyyətinə «Azəryolservis» ASC, məhəllədaxili yollara isə icra hakimiyyətləri nəzarət edir. «Azəryolservis»dən bildirirlər ki, bununla yolların mühafizə xidməti məşğul olur. Vətəndaşlar və sürücülər belə hallarla rastlaşdıqda quruma müraciət edə bilər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











