“Axmaq məktub” avtomobil nəhənginin qüsurlarını üzə çıxartdı - FOTO

1978-ci ildə avtomobil nəhəngi olan General Motorsun “Pontiac” bölümünə qəribə bir məktub daxil olur.
“ Siz məni bəlkə də axmaq sayacaqsız, amma əmin edirəm ki, məndə hər şey qaydasındadır. Ailəmiz dondurma yeməyi sevir. Buna görə hər axşam övladlarımın seçimindən sonra marketə dondurma almağa gedirəm. Bu yaxınlarda aldığım sizin yeni "Pontiac" hər dəfə dondurma aldıqdan sonra məni təəccübləndirir. Vanilli dondurma aldığım gün avtomobil işə düşmür. Çiyələkli, şokoladlı və ya başqa bir dadlı dondurma alanda bu problem yaşanmır. Mən başa düşürəm ki, bu bir qədər axmaqlıq kimi görünəcək, amma vanilli dondurma nədənsə avtomobilin işə düşməsinə təsir edir. Sizcə bu nə ilə əlaqədar ola bilər? “
Məktubu oxuyan texniki dəstək xidmətinin əməkdaşları əvvəlcə bir xeyli gülürlər. Reqlamentə uyğun olaraq müştərinin evinə mühəndis göndərilir. İlk görüşdən bəlli olur ki, avtomobil sahibi adekvat, tərbiyəli və savadlı insandır. Buna görə mühəndis belə bir insandan qəribə məzmunlu məktub almaqlarından əvvəlcə təəccübləndi. Sonra avtomobil sahibi ilə dükana yollanır.
Və bu həqiqətdir! Avtomobil işə düşmür. Eksperiment bir neçə gün davam edir və nəticələr inanılmaz olur. Şokoladlı dondurma-avtomobil işləyir, çiyələkli yenə hər şey qaydasındadır. Vanilli dondurma ilə salona oturub avtomobili işə salmaq istəyəndə bütün ümidlər puç olur. Eksperimentə gələn mühəndis də çox savadlı olduğundan inanmaq istəmirdi ki, avtomobilin vanilli dondurmaya allergiyası var. Buna görə mühəndis bütün detalları- vaxt, benzin, yanacaq doldurma məntəsəsi, hətta havanı da bir də araşdırmaq qərarına gəlir.
Və nəhayət nəticə bəllidir. Problem nə vanildə, nə də dondurmadadır. Problem məhsulun marketdə qoyulduğu ərazidədir. Vanilli dondurma daha çox satıldığından onu düz marketin çıxışında yerləşdiriblər, digər dondurmalar isə bir qədər içəridə qoyulub. Bəs o zaman sahibi marketdən avtomobilə tez qayıdanda maşın niyə işə düşmürdü? Cavab tapılır- qısa zaman kəsiyində mühərrikin soyumağa vaxtı olmadığından benzinin sıx buxarlanması nəticəsində karbüratorda tıxaclar qalır.
Beləcə General Motors “axmaq məzmunlu” məktuba reaksiya verməklə avtomobildə nöqsanların olduğunu öyrənir və onu tez bir zamanda aradan qaldırır.
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO












