Azərbaycana gətirilən bu maşın yollardakı bütün qüsurları üzə çıxarır - FOTOLAR

Azərbaycana gətirilən yeni Land Rover markalı avtomobilin üzərindəki xüsusi texniki vasitələr yol səthinin profilometrlə ölçülməsini təmin edir. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib. Qeyd olunub ki,
Lazer profiler yol örtüyünü tədqiq edən bir sistemdir. Bu sistem yer səthinin bir sıra keyfiyyətlərini ölçə bilir:
- Yolun xarakteristikası,
- Əyrinin radiusu,
- Maillik,
- Yol örtüyünün nahamarlığı,
- Təkər izinin dərinliyi daxildir.
Yol səthinin profil ölçülərini eninə vəziyyət (təkər izinin dərinliyi) və uzununa vəziyyət (nahamarlıq/BNİ) üzrə qiymətlər təşkil edir. Maillik, əyrilik, istiqamət və eninə maillik haqqında məlumatlar yol profilinin ölçülməsi ilə toplanılır. Profilometr bir yolun səth strukturunu və sürtünmə əmsalı ilə necə əlaqəli olduğunu və beləliklə sürüşməyə qarşı müqavimətini ölçmək üçündür.
Bu qiymətlər dövlət əhəmiyyətli avtomobil yolları şəbəkəsinin mərkəzi xəttinin texniki baxımdan idarə edilməsi, vəziyyətin saxlanması və vəsaitin təşkil edilməsi üçün özül yaradır.
İstiqamət - dərəcələr ilə yolun hərəkət istiqamətini göstərən qiymətdir.
Əyrinin radiusu - yolun əyrilərində radiusu metrlər ilə göstərən qiymətdir.
Maillik - eniş və ya yoxuşda faizlər ilə yolun şaquli oxunu göstərir.
Yol örtüyünün nahamarlığı - yol örtüyünün hamarlığını əks etdirir. Bu, hərəkət komfortu kimi hiss olunur.
Təkərin dərinliyi - millimetr ölçüdə maşınların təkər izləri ilə yol səthində dağılmanı göstərir.
DEFLEKTOMETR
Düşən çəki deflektometri (FWD) inşaat mühəndisləri tərəfindən magistral yollarda, yerli yollarda, hava limanının yol örtüklərində, liman sahələrində, dəmir yol xətlərində və digər yerlərdə yol örtüyünün fiziki xüsusiyyətlərini qiymətləndirmək üçün istifadə olunan bir test cihazıdır. Düşən çəki deklofometrindən (FWD) alınan məlumatlar, ilk növbədə, yol geyiminin/örtüyünün struktur gücünü qiymətləndirmək, örtük dizaynını asanlaşdırmaq və ya yolun həddindən artıq yükləndiyini müəyyən etmək üçün istifadə olunur.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR












