Bayılda jurnalist və qızı ağır yol qəzasına düşdü - FOTO
Avtosfer Foto
27 May 2021 15:55

Tanınmış jurnalist Nigar Abbasova avtomobil qəzasına düşüb. N.Abbasova Report-a açıqlamasında bildirib ki, hadisə paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının qarşısında qeydə alınıb. Onun sözlərinə görə, “Hyundai” markalı avtomobili ilə Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə doğru hərəkətdə olarkən dönmə əməliyyatını düzgün yerinə yetirməyən “Hyundai Santafe” markalı maşın qəfil qarşısına çıxıb: “Qızımı imtahan verməsi üçün məktəbə aparırdım. Düz yolumla gedərkən göz görə-görə avtomobil üzərimizə gəldi. Həmin maşını da xanım sürürdü. O da idarəetməni itirib qarşıdakı ağaca çırpıldı”.
Qəza nəticəsində Nigar Abbasova ilə maşında olan 12 yaşlı qızı Nərmin müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Onlar hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. Jurnalistin qızının qolu əzilib, özünün isə sinəsi və boynunda problemlər olub. Hazırda hər ikisi evdədirlər.
Hadisə yerinə yol polisi gəlib, faktla bağlı araşdırma aparılır.




Oxunub : 3652
DİGƏR XƏBƏRLƏR
4 Noyabr 2026 14:48
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
22 Oktyabr 2026 12:30
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
16 Oktyabr 2026 15:48
Traktorda sürət rekordu - FOTOLAR
13 Oktyabr 2026 13:41
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
4 Oktyabr 2026 09:14
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
3 Oktyabr 2026 23:36
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
24 Avqust 2026 22:45
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
17 Avqust 2026 15:00
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
9 İyul 2026 13:30
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
13 İyun 2026 19:07
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
5 İyun 2026 22:57
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
24 May 2026 18:00
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
ŞƏRH YAZ












