
Bakıda külək motosikletçini qaldırıb avtomobilə çırpdı - Yaralı var - FOTO - VİDEO
Avtosfer Foto
5 May 2021 13:25
Oxunub 14048

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Report-un xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, hadisə Yeni Salyan yolu, 22 ünvanında, jurnalistlərin binası qarşısında qeydə alınıb. Gənc oğlan idarə etdiyi motosikletlə yolda hərəkətdə olan zaman külək onun nəqliyyat vasitəsini avtomobilə çırpıb. Nəticədə motosikletçi xəsarət alıb.
:
ŞƏRH YAZ