Bakıda ortadan sınmış maşınla hələ də yük daşıyırlar; qapısı kəndirlə bağlanır - FOTO

Bakıda ömrünü başa vurmuş avtomobil hələ də yollarda hərəkət edir. Avtosfer.az xəbər verir ki, VAZ-21011 markalı, 39 BA 674 dövlət nömrə nişanlı avtomobilin fotoları Qaradağ rayonu ərazisində çəkilib. Ortadan sınmış bu maşın Lökbatan qəsəbəsində təsərrüfat malları mağazasının qarşısında dayanır. Maşının iki yerə bölünməsi bir yana, qapıları da sallanır, sürücü maşına yük yığandan sonra sükan arxasına keçir və qapını kəndirlə qaldırıb bərkidəndən sonra hərəkət edir. Avtomobilin səsboğucu sistemi yoxdur, bütün zəhərli qazlar ətrafa yayılır.
Bəlkə də, kimsə çıxıb deyəcək ki, nə olsun, adam çörəkpulu qazanır. Amma unutmaq olmaz ki, qanunlar hər şeydən üstündür. Bu maşın kiminsə balasını vurub öldürsə o sürücü həbsə düşəcək. Bəs o zaman çörəkpulunu kim qazanacaq? Və ən əsası, bu cür maşınla yola çıxıb çörəkpulu qazanmaq əlinə avtomat alıb küçədə gəzərək camaatı qorxudub çörəkpulu qazanmaq kimi bir şeydir. İndi düşünün ki, əlində avtomatla küçədə gəzmək necə qadağandırsa bu cür maşınla yolda hərəkət etmək də o cür qadağandır.
Elməddin
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO












