Elektrikli avtomobillərin pioneri, ilk elektrikli avtomobil - "Mercedes-190E"

"Mercedes Benz"in ikonik modellərindən olan "190"-nın 90-cı illərdə prototip olaraq elektrikli versiyaları da istehsal edilib.
Avtosfer.az bildirir ki, yerli hökumətin təşviqi sayəsində istehsalçı Almaniyanın Rügen bölgəsinə fərqli konfiqurasiyalarda elektrikli 190 modelləri göndərib və bu modellər taksi sürücüləri də daxil olmaqla böyük bir qrupla sınaqdan keçirilib. Bu gün də elektrikli avtomobillərdə istifadə edilən sabit sürət qutusunun da yer adığı bu 190-lardan bir il ərzində 100.000 km-dən çox yol qət edənlər də olub.
"Mercedes-Benz"in test nəticələrinə görə bu avtomobillərin heç birində ciddi nasazlıqlar baş verməyib.
Göstəriciləri günümüzün texnologiyasına görə xeyli zəif görünsə də bu avtomobil 44 at gücünə sahib olub və tam dolu batareya ilə 110 kilometr məsafə qət etmək mümkün olub. Sözügedən modellərin çəkisi isə normal bir 190-dan 200 kq daha çox idi.
Qeyd edək ki, Mercedes mühəndisləri eyni təcrübəni sonralar "C-Class" modeli üzərində də test edib.
Aysel
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR














